Köpəkbalığı triatlonçunun həyatına son qoydu  

Köpəkbalığı triatlonçunun həyatına son qoydu  

Bir neçə gün əvvəl köpəkbalığı hücumundan sonra itkin düşən triatlonçu Erika Foksun cəsədi tapılıb. Olimpnews.az Daily Mail qəzetinə istinadən xəbər verir ki, onun cansız bədənini atası Ceyms tanıyıb. Lakin Santa Kruz Şəhər Şerif Ofisinin serjantı Rayan Farott qeyd edir ki, onun şəxsiyyətini müəyyən etmək hələ tezdir.
Qeyd edək ki, 55 yaşlı Foks ötən bazar günü Kaliforniyanın Pasifik Qrov sahillərində üzərkən yoxa çıxıb.