Yardımlıda “Sağlam həyat” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Yardımlıda “Sağlam həyat” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Yardımlı rayonunda 50 nəfər idmançı və 20 nəfər rayon sakininin iştirak ilə “Sağlam həyat” layihəsi çərçivəsində açıq havada kütləvi idman tədbiri keçirilib.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə   Yardımlı rayon sahil stadionunda təşkil olunan tədbirdə atletika, şahmat, dama, futbol, voleybol, kəndirlə mübarizə və digər idman oyun növləri üzrə nümunəvi çıxışlar olub.

Tədbir yeniyetmələrin idmana cəlb olunması və rayonda kütləvi idman tədbirlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.