Yüksək Liqada VIII tura start verilir 

Yüksək Liqada VIII tura start verilir 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk qarşılaşması saat 13:30-da Tovuz Olimpiya İdman Kompleksində "Turan" və "Azərreyl" komandaları arasında start götürəcək. Günün ikinci qarşılaşmasə isə Bakıda Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Saat 18:00-da başlayacaq oyunda "DH Volley" və UNEC klubları qarşılaşacaq.