"Mançester Siti" yeni ilin ilk transferini tamamladı

"Mançester Siti" yeni ilin ilk transferini tamamladı

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Olimpnews.az xəbər verir ki, "şəhərlilər" "Borunmut"un futbolçusu Antoine Semenyonun transferini tamamlayıb. Klub rəhbərliyi transfer üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək. 

Qeyd edək ki, ingiltərəli futbolçu Pep Quardiolanın rəhbərliyi altında forma geyinmək üçün 4 Premyer Liqa klubunun təklifindən imtina etmişdi.