Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk qarşılaşması saat 13:30-da Tovuz Olimpiya İdman Kompleksində "Turan" və "Azərreyl" komandaları arasında start götürəcək. Günün ikinci qarşılaşmasə isə Bakıda Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Saat 18:00-da başlayacaq oyunda "DH Volley" və UNEC klubları qarşılaşacaq.


