Aleksandr Tarakanovla əməkdaşlıq başa çatıb

Aleksandr Tarakanovla əməkdaşlıq başa çatıb

Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib. AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.