Fevralın 21-22-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının I turu keçirilib.
Olimpnews.az xəbər verir ki, qızlar və oğlanlar arasında keçirilən yarışda yarışda 94 klub və idman cəmiyyətindən olan 541 cüdoçu (452 oğlan, 89 qız) mübarizə aparıb. Ümumilikdə 18 çəki dərəcəsi üzrə keçirilən yarışda qaliblər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.
Yeniyetmə cüdoçular Liqa yarışında bir araya gəliblər


