MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb

Azərbaycan Milli Olimpiya Komitəsi idman mühitində iştirak edən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahının qorunması istiqamətində ardıcıl addımlar atır.

Olimpnews.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu strategiyanın davamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

Komissiya idman mühitində etik dəyərlərin, dürüstlüyün və ədalətli qərarların möhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və strateji tövsiyələr təqdim edəcəkdir.

Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:

Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri

Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru

Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri

Fəridə Əzizova – Atletlər Komissiyasının sədri

Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb