“Tour d’Azerbaidjan” virtual aləmdə

“Tour d’Azerbaidjan” virtual aləmdə


Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan” veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Belə ki, yürüşün təşkilatçılarının təşəbbüsü ilə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq, istifadəyə verilib.
Artıq hər bir şəxs peşəkar velosipedçi kimi "Tour d’Azerbaidjan”ın virtual iştirakçısı ola bilər. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, 5 mərhələdən ibarət olan velotur Bakı və Sumqayıt şəhərlərindən, habelə daha səkkiz rayonun ərazisindən keçdiyi halda, fləş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir. Bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir.
Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Enişli-yoxuşlu yollar, Azərbaycanın bütün bölgələrinə virtual səyahət bu oyunu daha da maraqlı edir.
Mayın 7-də start götürəcək "Tour d’Azerbaidjan-2014”ə qədər oyunda daha çox xal toplayan iştirakçılar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.