Velosipedçimizin İrlandiya zəfəri

Velosipedçimizin İrlandiya zəfəri

İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "An Post Ras” veloyürüşündə nəticələr məlum olub. 36 komandanın iştirak etdiyi yarışda "Synergy Baku” komandasının şərəfini Connor McConvey, Daniel Klemme, Markus Eybeger, Yan Sokol və Kristof Şvayzer qoruyub.

Qeyd edək ki, veloyürüşün 159.2 km-dən ibarət dağ mərhələsində komanda üzvlərimizdən ən yaxşı nəticə Markus Eybegerə məxsus olub. O, mərhələ qalibi, Yeni Zelandiya milli komandasının üzvü Patrik Bevindən 1 dəqiqə, 57 saniyə geri qalmaqla 4-cü yeri tutub. Xatırladaq ki, yürüşün 150 km-dən ibarət ilk mərhələsində Daniel Klemme finişi liderlə eyni vaxtda keçsə də, fotofinişə əsasən 3-cü olub.
2 mərhələdən sonra ümumi sıralanmada Markus Eybeger liderdən 1 dəqiqə, 57 saniyə geri qalıb və 4-cü yerə sahib çıxıb.
3-cü mərhələdə iştirakçılar 154.2 km məsafə qət ediblər. Bu mərhələ ölkəmizin "Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Komandamızın üzvü Yan Sokolun finiş xəttini birinci keçib.
Velosipedçimiz 3 saat 35 dəqiqə, 1 saniyə nəticə ilə starta çıxan 154 iştirakçı arasında mərhələ qalibi olmağının sevincini yaşayıb. Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Markus Eybeger, Daniel Klemme, Konnor McConvey və Kristof Şvayzer finişi Sokoldan 16 saniyə gec keçən pelotonun içərisində olublar.
3 mərhələdən sonra ümumi sıralamada Markus Eybeger liderdən 1 dəqiqə, 57 saniyə geri qalmaqla 4-cü mövqedə qərarlaşır.
8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.