Rafinya iddialara cavab verdi

Rafinya iddialara cavab verdi

Futbol

Bugün, 11:32

İspaniyanın "Barselona" klubunun cinah hücumçusu Rafinya gələcəyi ilə bağlı yayılan transfer iddialarına sərt münasibət bildirib.

Olimpnews.az xəbər verir ki, braziliyalı futbolçu mətbuatda onun komandadan ayrılacağı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb. 29 yaşlı futbolçu açıqlamasında klubdan ayrılması ilə bağlı mütəmadi şayiələrin gündəmə gətirildiyini qeyd edib: “"Barselonya"ya gəldiyim ilk gündən bəri klubdan ayrılacağımla bağlı şayiələr gəzir. Belə hiss edirəm ki, insanlar, xüsusən də mətbuat məni burada görmək istəmir. Ortada ancaq yalan danışan biri var. Mənim klubdan gedişim barədə məqalə yazan həmin jurnalist, haqqımda başqa yalanlar da uydurub. O iddia edirdi ki, guya mən klub rəhbərliyi ilə görüşmüşəm, komandada qalıb-qalmayacağımla bağlı tərəddüdlərimi daxildə müzakirə etmişəm. Həmin şəxs yalandan başqa bir iş görmür”, - deyə Rafinya bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Sport.es” nəşrinin jurnalisti Joaquim Piera Rafinyanın zədəsindən və "Barselona"nın UEFA Çempionlar Liqasından kənarda qalmasından sonra futbolçunun gələcək mövsümdə komandada davam edib-etməməsi ilə bağlı tərəddüd yaşadığını yazmışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR