“Ədalətli İdman Ayı - 2026” çərçivəsində Milli Məclisdə görüş keçirilib - FOTO
AMADA
08.05.2026, 12:25
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub. Görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.
Olimpnews.az AMADA-ya istinadən xəbər verir ki, görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektiv tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
Bugün, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
Bugün, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
Bugün, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
Bugün, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
Bugün, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
Bugün, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
Bugün, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
Bugün, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
Bugün, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
Bugün, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
Bugün, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
Bugün, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
Bugün, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
Bugün, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
Bugün, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
Bugün, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
Bugün, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
Bugün, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
Bugün, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol