“Böyük Dəbilqə”: İki cüdoçumuz 1/4 finalda

“Böyük Dəbilqə”: İki cüdoçumuz 1/4 finalda  

Cüdo

Bugün, 12:44

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Olimpnews.az xəbər verir ki, ilk yarış günündə 6 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən ikisi – Turan Bayramov və Şəfəq Həmidova ardıcıl qələbələr qazanaraq, 1/4 finala vəsiqə əldə edib.

Kişi cüdoçular arasında 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov yarışa inamlı başlayıb. Təmsilçimiz əvvəlcə italiyalı Matteo Pirası ipponla məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Turan növbəti görüşdə braziliyalı Villian Limanı vaza-ari xalı ilə üstələyərək adını 1/4 final mərhələsinə yazdırıb. O, yarımfinal uğrunda görüşdə qazaxıstanlı Akylzhan Zhubatkanovla qarşılaşacaq.

Eyni çəki dərəcəsində çıxış edən Rəşad Yelkiyev də startda uğurlu təsir bağışlayıb. Cüdoçumuz 1/16 final mərhələsində koreyalı Hyonu An üzərində qələbə qazanaraq növbəti mırhələyə yüksəlib. Lakin o, 1/8 finalda Özbəkistan təmsilçisi Abduraxim Nutfulloyevlə qarşılaşmada məğlub olaraq turnirlə vidalaşıb.

Qadın cüdoçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova ilk görüşündə ispaniyalı Aytana Dias Hernandesə qalib gəlib. Daha sonra fransalı rəqibinin tatamiyə çıxmaması Şəfəqin birbaşa 1/4 finala yüksəlməsinə səbəb olub. Təmsilçimiz növbəti mərhələdə Monqolustan idmançısı Anudari Jamsranla üz-üzə gələcək.

52 kq çəkidə çıxış edən Gültac Məmmədəliyeva 1/8 final mərhələsində Hindistan təmsilçisi Şraddha Kadubal Çopadeni məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Gültacın növbəti rəqibi isə ev sahibi ölkənin təmsilçisi Meruyert Sarsenova olacaq.

Digər qadın cüdoçumuz Leyla Əliyeva (52 kq) turnirə qələbə ilə başlasa da, mübarizəni erkən başa vurub. O, ilk görüşdə hindistanlı Taniştha Tokası ipponla məğlub etsə də, 1/8 finalda rusiyalı Liliya Nuqayevaya uduzub.

Qeyd edək ki, Astana “Böyük Dəbilqə” turnirində Azərbaycan komandası 7 çəki dərəcəsində 11 (6 kişi, 5 qadın) cüdoçu ilə təmsil olunur. Mayın 10-dək davam edəcək turnirdə 36 ölkədən 295 idmançı qüvvəsini sınayır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR