Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
Velosiped
07.05.2026, 18:21
Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı öncəsi Təşkilat Komitəsinin yekun iclası baş tutub.
Respublika Velotrekində təşkil olunan tədbirdə yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışının Təşkilat Komitəsinin sədri, AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülüb və artıq əminliklə demək olar ki, beynəlxalq idman tədbirinə hazırlıq işləri tam başa çatıb. Artıq bir neçə komanda Bakıdadır və yarışa hazırlıqlarını paytaxtımızda davam etdirirlər.
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru, Avropa Velosipedçilər Birliyinin (UEC) fəxri baş katibi isveçrəli Roland Hofer böyük velosiped yarışlarının yenidən Azərbaycana qayıtmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirib və bildirib ki, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. O qeyd edib ki, marşrut boyunca təhlükəsizlik, logistika, tibbi xidmət və texniki təminat məsələləri beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub. Roland Hofer vurğulayıb ki, Bakı-Xankəndi marşrutu həm idman baxımından, həm də Azərbaycanın təbii gözəlliklərini nümayiş etdirmək üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yarış iştirakçıları fərqli relyefə malik mərhələlərdə mübarizə aparacaqlar və bu da turnirin rəqabət səviyyəsini daha da artıracaq.
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
Bugün, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol