"Böyük Dəbilqə": Cüdoçumuz finalın bir addımlığında

\"Böyük Dəbilqə\": Cüdoçumuz finalın bir addımlığında 

Cüdo

Bugün, 13:50

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. 

Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının daha iki cüdoçusu tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Rəşid Məmmədəliyev (-73 kq) turnirdə ardıcıl qələbələr qazanaraq yarımfinala yüksəlib.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə ev sahibi ölkənin təmsilçisi Yersultan Duysenxanı məğlub edib. 1/4 finalda isə R.Məmmədəliyev Özbəkistan idmançısı Nizomiddinxuca Toşpulatov üzərində qızıl xal hesabına qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Onun bu mərhələdəki rəqibi İtaliya cüdoçusu Fabio Bazile olacaq.

-70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva isə turnirdə çıxışını erkən başa vurub. O, 1/8 finalda Almaniyanı təmsil edən Olimpiya və dünya mükafatçısı Miriam Butkereytə məğlub olub.

Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinə mayın 10-da yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR