"Böyük Dəbilqə": Cüdoçularımız günü medalsız başa vurdular 

\"Böyük Dəbilqə\": Cüdoçularımız günü medalsız başa vurdular 

Cüdo

08.05.2026, 20:24

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində ilk yarış gününə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, ilk yarış günündə 6 cüdoçumuz tatami üzərinə çıxıb. Təəssüf ki, cüdoçularımızdan heç biri mükafatçılar sırasına düşə bilməyibm. Təmsilçilərimizdən Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə məğlub olublar.

Ş.Həmidova Kristina Dudinaya (Rusiya), G.Məmmədəliyeva isə Nandin-Erdene Myaqmarsurenə (Monqolustan) uduzub.

Turnirə mayın 10-da yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR