"Adidas" dünya əfsanələrini bir araya topladı

\"Adidas\" dünya əfsanələrini bir araya topladı   

Futbol

08.05.2026, 23:31

"Adidas" şirkəti “Backyard Legends” adlı 5 dəqiqəlik yeni reklam filmini yayımlayıb. 

Küçə futbolunun klassik ruhunu əks etdirən ekran işində müasir futbol ulduzları ilə yanaşı, dünya futbolunun əfsanəvi simaları da yer alıblar.

Reklam filmində Lionel Messi, Bad Bunny, Lamine Yamal, Cud Bellingem, Trinity Rodman, həmçinin əfsanələr - Zinədin Zidan, Devid Bekhem və Alessandro Del Piero iştirak edib.

Süjet 1990-cı illərdən etibarən küçə futbolunda heç vaxt məğlub olmayan Isaak, Rutie və Klive adlı üçlüyə qarşı komanda qurmaq cəhdindən bəhs edir. Oyunun qaydasına əsasən, ilk 3 qola çatan komanda qalib elan olunur.

Əfsanələr qarşılaşmaya Zidan və Del Pieronun qolları ilə 2:0 üstün başlayır. Lakin David Bekhemin dirəyə dəyən zərbəsindən sonra Isaak, Rutie və Klive üçün geri dönüş imkanı yaranır və onların məğlubedilməzlik seriyasını davam etdirmək şansı artır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR