Bakı-Xankəndi yarışı növbəti illərdə Kəlbəcərdə də keçirilə bilər

Bakı-Xankəndi yarışı növbəti illərdə Kəlbəcərdə də keçirilə bilər 

Velosiped

Bugün, 15:16

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı‑Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında yarışın coğrafiyasının genişləndirilməsinin mümkünlüyünü açıqlayıb.

Olimpnews.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrində bu tip beynəlxalq yarışları keçirmək üçün imkanlar mövcuddur.

"Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək imkanımız var. Növbəti illərdə yarışın Kəlbəcərdə də keçirilməsi planlaşdırılır", - deyə Sahib Ələkbərov  bildirib.

Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR