Son çempiondan gözlənilməz məğlubiyyət

Son çempiondan gözlənilməz məğlubiyyət  

Futbol

08.05.2026, 21:52

Futbol üzrə Misli Premyer Liqasında XXXI turun oyunları davam edir. 

Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda çempionluğu vaxtından əvvəl rəsmiləşdirən "Sabah" doğma meydanda "Kəpəz"i qəbul edib. "Bank Respublika Arena"da keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. "Kəpəz"ə qələbə qazandıran yeganə qolu matçın 46-cı dəqiqəsində fərqlənən Rəham Hacıyev vurub.

Qələbə sayəsində xallarının sayını 27-yə çatdıran bölgə təmsilçisi hazırda turnir cədvəlində 10-cu sırada qərarlaşıb. Son çempion "Sabah"ın isə aktivində 75 xalı var. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR