“Olimpiya dünyası” qəzeti “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” mükafatlandırıldı

“Olimpiya dünyası” qəzeti “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” mükafatlandırıldı  

Gündəm

Bugün, 13:32

Mayın 19-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, millət vəkilləri, MOK-un İcraiyyə Komitəsinin, eləcə də Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub. Mükafatlandırılanlar arasında “Olimpiya dünyası” qəzeti də yer alıb. Komissiya tərəfindən “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” Olimpiya dünyası qəzetinə xüsusi mükafat təqdim olunub. Tədbirdə, həmçinin qəzetin 25 illik fəaliyyəti və feyr pley dəyərlərinin təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR