Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi

 Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi 

Gündəm

Bugün, 23:01

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində bürünc medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, U-13 kateqoriyasında yarışan istedadlı idmançı, yaşıdları arasında üçuncü yeri tutub.

Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan milli komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb. Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR