"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
Futbol
16.05.2026, 12:48
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib.
İlham
Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan mərasimdə əvvəlcə Dövlət
Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi
1 dəqiqəlik sükutla anılıb.
Açılış
mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini
icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın
inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkədə güclü idman
ənənələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, bu
siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə
idman infrastrukturunun genişləndirilməsi, gənclərin idmana cəlbi və beynəlxalq
arenada əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Məcid Seyidov ulu
öndərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, turnirin
dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, sağlam həyat
tərzinin təşviqi və idmanda kütləviliyin artırılması baxımından əhəmiyyətini
diqqətə çatdırıb, komandalara uğurlar arzulayıb.
Naxçıvan
Futbol Federasiyasının (NFF) baş katibi Raqif Abbasov isə çıxışında ümummilli
lider Heydər Əliyevin Azərbaycan idmanına və futboluna göstərdiyi xüsusi
diqqətdən danışıb. Bildirilib ki, ölkədə idmanın inkişafı istiqamətində əsası
qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Yarışın həm idman əlaqələrinin
gücləndirilməsi, həm də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından
önəmli olduğu vurğulanıb, komandalara uğurlar arzulanıb.
Yarışın
ilk matçında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan Televiziya və
Radio Verilişləri QSC-ni təmsil edən komandalar meydanda olub. Görüş teleradio
təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd
edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası (AFFA) və
NFF tərəfindən birgə təşkil olunan və 20 komandanın iştirak etdiyi ənənəvi
yarış mayın 27-də yekunlaşacaq. Turnirin oyunları İlham Əliyev adına Olimpiya
İdman Kompleksində keçiriləcək.
Yarışda
ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib
komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa çempionatında bürünc medal
Bugün, 00:36 Güllə atıcılığı
-
Sərbəst güləş millimiz Avropa ikincisi oldu
Bugün, 00:12 Gündəm
-
Cüdo millimiz Avropa Kubokunda birinci oldu
17.05.2026, 22:22 Gündəm
-
Astana sınağı üç medalla yadda qaldı
17.05.2026, 18:39 Şahmat
-
Beynəlxalq yarışdan 3 medal
17.05.2026, 10:05 Tennis
-
"AGF Trophy" beynəlxalq turnirində uğurlu nəticə
17.05.2026, 00:51 Gimnastika
-
"Neftçi" ikinci oyunda da məğlub olub
16.05.2026, 15:23 Basketbol
-
Millimizin təlim-məşq toplanışı başa çatıb
16.05.2026, 13:08 Voleybol
-
"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
16.05.2026, 12:48 Futbol
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub
15.05.2026, 18:21 Ağırlıqqaldırma
-
Kamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək
15.05.2026, 17:08 Olimpiya dünyası
-
Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara hazırlaşırlar
15.05.2026, 14:36 Tennis
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
15.05.2026, 02:32 Cüdo
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol