Velosipedçimiz İtaliyada qalib gəldi

Velosipedçimiz İtaliyada qalib gəldi


Dünya kuboku və Avropa çempionatı ərəfəsində çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası İtaliyada birinci kateqoriyalı "Giorni delle Rose” kubokunda iştirak edib.
Yığma komandamızın üzvü Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında bütün rəqiblərini geridə qoyaraq turniri 1-ci pillədə başa vurub və reytinqinə 80 xal əlavə edib. Olqa keyrində də uğurla çıxış edərək 2-ci yeri tutub və reytinqini daha 72 xal artırıb.
Digər velosipedçimiz Yelena Pavluxina sketç üzrə yarışlarda 26 idmançı arasında 12-ci nəticə göstərib. Kişilər arasında keçirilən sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 34 nəfər arasında 7-ci olub.