Təmsilçimiz İtaliyada üçüncü oldu

Təmsilçimiz İtaliyada üçüncü oldu

Azərbaycanın şose velosipedi üzrə gənclərdən ibarət yığma komandası İtaliyada keçirilən bir günlük "Valli Del Natisone” Gran-Prisində uğurla çıxış edib. Yığmamızın üzvü Elgün Əlizadə 120 kilometrdən ibarət marşrutu ilk üçlükdə başa vurub. Qeyd olunan məsafəni 2 saat, 47 dəqiqə, 40 saniyəyə qət edən təmsilçimiz yarışın qalibi ilə eyni nəticə göstərib. Elgün Əlizadə fotofinişə, əsasən üçüncü yeri tutub.
Ümumilikdə isə yürüşdə Avropanın 10-dan çox ölkəsinin 111 gənc velosipedçisi çıxış edib.
Xatırladaq ki, E.Əlizadə cari ilin iyulunda İsveçrədə keçirilən Avropa çempionatında 12-ci yer tutmaqla Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticə qazanıb. Bununla da o, mütəxəssislərin diqqətini özünə cəlb etməyi bacarıb. Bundan başqa, bu yaxınlarda Xızıda keçirilən cüt və qrup ötüşmələri üzrə Azərbaycan çempionatının qalibi olan velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq.