Olimpiya çempionu cəzalandırıldı

Olimpiya çempionu cəzalandırıldı

Olimpiya çempionu 6 ay müddətinə cəzalandırılıb. ABŞ Üzgüçülük Federasiyası sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə, Olimpiya çempionu Maykl Felpsi milli komandanın heyətindən altı aylıq uzaqlaşdırıb.
29 yaşlı üzgüçü Mariland əyalətinin Baltimor kəndində içkili vəziyyətdə avtomobili idarə edərək sürət həddini aşdığına görə polis tərəfindən saxlanılıb. O, ABŞ Üzgüçülük Federasiyasının və üzgüçülük idmanının nüfuzuna xələl gətirdiyinə görə altı aylıq cəzalandırılıb. Komandanın heyətindən uzaqlaşdırılan 7 qat Olimpiya çempionu 2015-ci ildə "Dünya Su idmanları” çempionatında iştirak edə bilməyəcək.
Xatırladaq ki, Maykl Felps 2004-cü ildə də sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə 18 aylıq, 2009-cu ildə isə narkotik məddə qəbul etdiyinə görə 3 aylıq idmandan kənarlaşdırılıb.