Taekvondoçularımız Eyndhovenə yollanırlar

Taekvondoçularımız Eyndhovenə yollanırlar

Martın 16-17-də Hollandiyanın Eyndhoven şəhərində taekvondo üzrə açıq çempionat keçiriləcək.
Komandamız turnirin açılış mərasiminə vitse-prezident Nağı Səfərovun rəhbərliyi ilə 18 nəfərdən ibarət heyətlə qatılacaq.

Komandamızın heyətində Tağı Tağızadə, Fizam Mehdiyev (hər ikisi 45 kq), Samid Bağırlı, Xanrul Fətullayev (hər ikisi 48 kq), Samir Novruzov (51 kq), Məhəmməd Məmmədov, Məmmədnağı Alqayev (hər ikisi 55 kq), Əli Axundov, Yusif Hüseynli (hər ikisi 59 kq), Ayxan Tağızadə (63 kq), Kənan Süleymanov, Saməddin Əliyev (hər ikisi 68 kq), Səid Quliyev (73 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq), Zümrüd Məlikova, Aynur Məmmədova (hər ikisi 49 kq), Zeyvi Kərimova (59 kq) yer alıblar.
40-cı dəfə təşkil edilən yarışda 1000-dək idmançı qalib adı uğrunda mübarizə aparacaq.