Qadın güləşçilərimiz Anapada mübarizə aparırlar

Bu gün Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürür. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir.
Olimpnews.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk gün qadın güləşçilər mübarizə aparacaq. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışacaq. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşacaq. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparacaq. Digər yarımqrupda Rusiya, İsveç və Belarus komandaları yarışacaq.
B yarımqrupu
1-ci görüş - Bolqarıstan - Azərbaycan 2:1
48 kq - Georgiyeva - Patimat Baqomedova 4:10
53 kq - Yankova - Solmaz Həşimzadə 9:8
55 kq - Nikolova - Alyona Kolesnik 8:0
58 kq - Hristova - İrina Netreba 0:1
60 kq -
63 kq -
69 kq -
75 kq -
2-ci görüş – Azərbaycan - Ukrayna
Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparır. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıb.