Üzgüçülərimiz beynəlxalq turnirə Xaçmazda hazırlaşırlar

Üzgüçülərimiz beynəlxalq turnirə Xaçmazda hazırlaşırlar


Üzgüçülük üzrə Azərbaycan yığma komandası Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Noyabrın 9-dan başlayan hazırlıqlarda 14 üzgüçü və 4 məşqçi iştirak edir.
Əsas komandaya cəlb olunan üzgüçülər noyabrın 18-21-də Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək çoxnövçülük üzrə Azərbaycan çempionatında iştirak edəcəklər. Bu yarışa üçüncü dərəcəyə malik üzgüçülər qatıla bilərlər. Respublika birinciliyi yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək. Bu ilin dekabrında isə üzgüçülük üzrə yığma komandamızı daha mötəbər yarış gözləyir. İdmançılarımız Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında medallar uğrunda mübarizə aparacaqlar. Üzgüçülük üzrə Azərbaycan yığma komandasının Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı noyabrın 17-də yekunlaşacaq.