Avarçəkənimiz “yüksələn ulduz” seçilib

Avarçəkənimiz “yüksələn ulduz” seçilib

Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Azərbaycan idmançısı Boris Yotovu dekabr ayının "yüksələn ulduz”u ("Rising star”) seçib. Bununla bağlı FİSA-nın rəsmi saytında xəbər və idmançının özü ilə blits-müsahibə yerləşdirilib.
Xəbərdə deyilir: "18 yaşlı Boris Yotov Azərbaycanın perspektivli avarçəkənidir. O, 2013-cü ildə yeniyetmələr arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Bu il Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla gümüş medala sahib olub. O, böyüklər arasında builki Avropa və Dünya kubokunda 2 nəfərlik qoşa avarlı qayıqla yürüşdə ikinci yeri tutub. Bu nailiyyətlərə görə FİSA Boris Yotovu yüksəlişdə olan idmançı seçib”.