Azyaşlılar arasında üzgüçülük yarışı keçirilib

Azyaşlılar arasında üzgüçülük yarışı keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və "Start” İdman Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə azyaşlılar arasında üzgüçülük yarışı keçirilib. Tədbirdə YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və "Start” ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev çıxış ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Yarışın keçirilməsində əsas məqsəd azyaşlılarda və yeniyetmələrdə idmana həvəsin artırmaqdan ibarət olub.
Əlliyə yaxın iştirakçının mübarizə apardığı yarışın qalibləri diplom və medallarla təltif olunublar.