Velosipedçimiz finiş xəttini 2-ci keçdi

Velosipedçimiz finiş xəttini 2-ci keçdi


Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne” yarışına yekun vurulub. 146 km-lik sonuncu mərhələ də "Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Mügerli məsafəni 3 saat 22 dəqiqə 22 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib.
Xatırladaq ki, Matey Mügerli "Le Tour de Bretagne”ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamış, 5-ci mərhələdə 3-cü olmuşdu. 4-cü mərhələdə isə Yannis Tamuridis 2-ci nəticə göstərmişdi. 7-ci mərhələdə digər təmsilçimiz Dennis van Vinden 8-ci yeri tutub.
7 mərhələli yarışda 3 dəfə fəxri kürsüyə qalxan Matey Mügerli bununla ümumi təsnifatda 6-ci yeri tutub. Qeyd edək ki, "Le Tour de Bretagne” yarışı "Synergy Baku” üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaidjan” veloyürüş qabağı son sınaq xarakteri daşıyırdı.