Ulu öndərin xatirəsinə velosiped yürüşü keçirilib

Ulu öndərin xatirəsinə velosiped yürüşü keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub. Yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.
Tədbir Dövlət Bayrağı Meydanından start götürərək, Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.