Üzgüçülük yarışında 80 nəfər mübarizə aparıb

Üzgüçülük yarışında 80 nəfər mübarizə aparıb


Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin məhəllə və mikrorayonları arasında keçirilən üzgüçülük yarışı başa çatıb. Sumqayıt Olimpiya Kompleksində keçirilən yarışda şəhərin yeniyetmə və gəncləri iştirak ediblər. Dörd gün davam edən yarışda 80 nəfər iştirakçı sərbəst, bras, arxasıüstə və baterflay növlərində, həmçinin komandaların estafet yarışında öz bacarıqlarını nümayiş etdiriblər. Qaliblər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif ediliblər.
Sumqayıtda idmanın kütləviliyini artırmaq məqsədilə yeniyetmə və gənclər arasında ənənəvi olaraq keçirilən bu cür idman tədbirləri şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanıb.