Veloparkda yarış keçirilib

Veloparkda yarış keçirilib


SOCAR-ın 2010-cu ildən həyata keçirdiyi və gənclər arasında xüsusi maraq doğuran "SOCAR Yay Məktəbi-2015” layihəsi çərçivəsində təbirlər davam edir. Belə ki, paytaxtımızdakı veloparkda velosiped yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib.
Reqlamentə görə, tərkibində 2 iştirakçı olan komandalar uzunluğu 1 km olan marşrut boyunca estafet yarışında mübarizə aparıblar. Velosipedçilər medal uğrunda böyük həvəslə yarışıblar. İlk üçlükdə qərarlaşan iştirakçılar SOCAR və AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif olunublar.