“Synergy Baku” Çexiyada yarışır

“Synergy Baku” Çexiyada yarışır

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project” Çexiya velosiped turunda mübarizə aparır. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 5 velosipedçimiz çıxış edir.
Məşqçilər korpusu bu yürüşdə Maksim Averin, Elgün Əlizadə, Tural İsgəndərov, Matey Müqerli və Markus Eybegerin iştirakını məqsədəuyğun sayıb. Proqrama əsasən, dünən start götürən Çexiya velosiped turunun ilk mərhələsində 23 iştirakçı kollektiv 20.4 km məsafədə komanda şəklində zamana qarşı mübarizə aparacaq. Növbəti 3 gün ərzində isə velosipedçilər müvafiq olaraq 178, 199 və 145 km məsafəyə qrup ötüşməsində yarışacaqlar.
Dünən başlayan yarış avqustun 16-da yekunlaşacaq.