Veloparkda Federasiya kuboku yarışı keçirilib

Veloparkda Federasiya kuboku yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) təşkilatçılığı ilə Veloparkda kriterium növü üzrə Federasiya kuboku yarışı keçirilib. 2 gün davam edən yarışda AVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. Bundan başqa, yarışda həvəskar velosipedçilərdən ibarət "CycleMania” qrupunun üzvləri də iştirak ediblər.
Reqlamentə əsasən Elit, U-23 və gənclər kateqoriyasında yarışan velosipedçilər uzunluğu 1600 metr olan dairəvi marşrut boyunca 30, U-17 yaş qrupunda 16, U-15 yaş qrupunda isə 8 dövrə vurublar. Hər 3 yaş kateqoriyasında qalib adını 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri - Kənan Qəhrəmanlı, Mikayıl Səfərli və David Proherkus qazanıblar. Mükafatçılar federasiya tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif ediliblər.