Velosipedçilər Anapada yarışırlar

Velosipedçilər Anapada yarışırlar

Rusiyanın Anapa şəhərində velosiped idmanının şosse növü üzrə ümumrusiya yarışı keçirilib.
Yeniyetmələr arasında 75 kilometr məsafəyə yarışlarda ilk iki yeri Rusiyanın Krasnodar vilayətinin və "Lokomotiv” idman cəmiyyətinin təmsilçiləri Maksim Piskunov və Arseni Nikiforov qazanıblar. Üçüncü yerin sahibi isə Qazaxıstan təmsilçisi Turlin Arman olub.
Azərbaycanı bu yarışda təmsil edən Kənan Qəhrəmanlı 119 idmançı arasında finiş xəttini 45-ci keçib. Qeyd edək ki, o, yarışın qalibindən 59 saniyə geri qalıb. Azərbaycan idmançılarından yeniyetmələr arasında ən yaxşı nəticəni Elgün Əlizadə göstərib. O, yuniorlar arasında keçirilən 87 kilometrlik məsafəyə yürüşdə 135 idmançı arasında 49-cu olub. İlk üç yeri Rusiya təmsilçiləri Andrey Lukonin, Sergey Rozin və Vladislav Litvintsev tutublar. Digər təmsilçimiz Nicat Niftəliyev isə 80-ci olub.