Bir an ləngimədən “Tur de Azərbaycan - 2013”-ün qalibi ol!

Bir an ləngimədən “Tur de Azərbaycan - 2013”-ün qalibi ol!

Mayın 1-5-də keçiriləcək "Tur de Azərbaycan” çoxgünlük ötüşmələri ərəfəsində "Tur de Azərbaycan -2013” virtual oyunu təqdim olunub. Arzu edən hər kəs virtual velosipedçi kimi "Tur de Azərbaycan - 2013”ün iştirakçısına çevrilə bilər. Virtual oyunun devizi belədir: "Qələbə qazanmağın yolunu bilirsənmi? Özünü oyunda sına, seçim etdikdən sonra bir an ləngimədən "Tur de Azərbaycan -2013”-ün qalibi ol!”

Xatırladaq ki, çoxgünlük ötüşmələr mayın 1-də Bakıda (157 km) start götürür. Ertəsi gün velosipedçilər paytaxtın yeni velosiped parkından Böyük Qafqaz sıra dağlarına doğru hərəkət edəcək, 183 kilometr məsafə qət edib İsmayıllı şəhərində finişə çatacaqlar. Mayın 3-də tur iştirakçıları Oğuz rayonu ərazisindən keçməklə Qəbələdən Şəkiyə yol qət edəcək, sonra çıxış nöqtəsinə (165 km) qayıdacaqlar. Mayın 4-də iştirakçılar Qəbələdə mərhələ yarışlarına başlayacaq, İsmayıllı rayonundan Şamaxıya yola düşəcəklər. İdmançılar 116 kilometr məsafə qət edib Pirqulu Rəsədxanasının yaxınlığında dəniz səviyyəsindən təxminən 1450 metr yüksəklikdə - dağlarda finişə çatacaqlar. Turun 146 kilometr uzunluğunda son mərhələsi Azadlıq meydanından start götürüb Bakının mərkəzi küçə və prospektlərindən keçəcək və Hökumət Evinin binası qarşısında başa çatacaq.