Respublika Velotrekində yarış

Respublika Velotrekində yarış


Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində qrup ötüşü üzrə mövsümün yekun yarışı keçirilib.
Üç yaş qrupu üzrə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib. 15 yaşınadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 saylı İdman Olimpiya Məktəbinin üzvü David Proherkus birinci yeri tutub. İxtisaslaşdırılmış uşaq-gənclər məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşınadək velosipedçilərin mübarizəsində bütün rəqiblərini qabaqlayıb. Gənclər, U-23 və elit kateqoriyasında isə "Lokomotiv” klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.