Məktəblilər arasında velosiped yarışı təşkil olunub

Məktəblilər arasında velosiped yarışı təşkil olunub



Yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 18 komanda iştirak edib. Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, birinci yerə Bakı Avropa Liseyinin komandası sahib olub. Yarışda 13 və 158 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da analoji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı çempionatında iştirak hüququ əldə edəcəklər.