Azərbaycanın yığma komandası Portuqaliyada 16 medala yiyələnib

Azərbaycanın yığma komandası Portuqaliyada 16 medala yiyələnib


Portuqaliyanın Maia pouerliftinq üzrə dünya çempionatı keçirilib. Komandamız yarışa 21 idmançı ilə qatılıb. Priney yarışında yığmanın 11 üzvü qızıl medala yiyələnib. Benç-press növündə Aqşin İsmayılov, Ramin Rzayev (hər ikisi 75 kq), Kamil Qafarov (82 kq), Vaqif Məmmədov (90 kq) və Eldar Məmmədov (100 kq) bütün rəqiblərindən üstün olublar. Ded-lift növündə Rüstəm Musayev (75 kq), Aqil Hümbətov (90 kq) və Şahin Eyvazov (140 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Asif Beliyev (67,5 kq), Müşfiq Əliyev (75 kq) və Bayram Əliyev (82 kq) isə pouerliftinq növündə fərqləniblər. Milli komandamızın üzvləri gümüş və bürünc medal əldə edən idmançılar sırasında da yer alıblar.
Belə ki, Xaliq İsmayılov (ded-lift, 100 kq) gümüş, Alik Ağayev (pouerliftinq, 100 kq), Ramin Hüseynov (pouerliftinq, 110 kq), Əbilfəz Cəfərov (benç-press, 125 kq) və Vasif Quliyev (benç-press, 140 kq) bürünc medala layiq görülüblər.