Rusiyalı qonaqlar Veloparkda olublar

Rusiyalı qonaqlar Veloparkda olublar

Bakıda keçirilən "Moskva günləri” ilə əlaqədar Azərbaycana səfərə gələn Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti Veloparkda olub. Nümayəndə heyətinin tərkibinə 14 idmançı, 2 məşqçi, departamentin rəsmi nümayəndələri, həmçinin Olimpiya çempionları David Musulbes və Vadim Boqiev daxildir.
Qonaqları salamlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev onlara idman qurğusu haqqında məlumat verib. Baş katib bildirib ki, Bakı-2015 ilk Avropa Oyunlarının BMX yarışlarının keçirildiyi arena Olimpiya standartlarına tam cavab verir və burada ən yüksək səviyyəli yarışları təşkil etmək mümkündür. Federasiya rəsmisi Bakının 2018-ci ildə BMX üzrə dünya çempionatına ev sahibliyi edə biləcəyinin mümkünlüyünü deyərək, bu istiqamətdə Beynəlxalq Velosipedçilər İttifaqı ilə danışıqların aparıldığını qeyd edib.
Olimpiya çempionu David Musulbes ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib və ölkədə idmana göstərilən dövlət qayğısı nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib. Qonaqlar Veloparkın yarışlar və təlim-məşq toplanışlarının keçirilməsi üçün ideal məkan olduğunu bildiriblər.