Atletikada ağır cinayət

Atletikada ağır cinayət



Beynəlxalq Yüngül Atletika Federasiyaları (İAAF) Assosasiyasının keçmiş prezidenti Lamin Diak təşkilatda korrupsiya sövdələşməsinə görə cavabdehlik daşıyır.
Bunu Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası bəyan edib. Buna görə Diaka qarşı korrupsiya faktı ilə bağlı cinayət işi açılıb.
Komissiya həmçinin ötən ilin noyabrında hesabat yayaraq Rusiyanı yüngül atletikada dopinq qəbulunu dövlət səviyyəsində dəstəkləməkdə ittiham edib.
Bundan sonra Rusiya Yüngül Atletika Asosasiyasının rəhbəri Valentin Balakniçev ömürlük idmandan qovulub.