Olimpiya çempionu Avstraliyada

Olimpiya çempionu Avstraliyada


Atletika karyerasını başa vuran Olimpiya çempionu, məşhur sprinter Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners” futbol klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi "Twitter” səhifəsi məlumat yayıb. Bu, peşəkar futbolçu müqaviləsi sayılmır. Ancaq U.Bolt əsas komanda ilə peşəkar səviyyədə futbol oynaya biləcək.
Müqavilə imzaladıqdan sonra Bolt bildirib: "Avstraliyaya gəldiyim üçün xoşbəxtəm. Mənə bu fürsəti verən klubun sahibi və rəhbərliyinə təşəkkür edirəm. Peşəkar futbol oynamaq mənim arzum idi. A liqasında oynamaq yaxşı təcrübə olacaq”.