Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev "İlin kişi atleti” mükafatına namizəd olub.
Bu il Almaniyanın paytaxtı Berlində keçirilən yarışda qalib gələrək, Avropa çempionu olmuş Ramil Quliyev oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində təşkil olunacaq Avropa Atletika Birliyi Qalasında təqdim olunacaq "İlin kişi atleti” mükafatına namizəd göstərilib.
Sosial mediadan həyata keçiriləcək səsvermə prosesi oktyabrın 5-dək davam edəcək.
Həmyerlimiz ötən il "Avropada ilin atleti” mükafatına namizəd olmuşdu