Litvanın Kuldiqa şəhərində yüngül atletika üzrə "Kuldiga Kristinas Cup 2016” adlı beynəlxalq turnir keçirilib.
Olimpnews.az saytının məlumatına görə, yarışda ümumilikdə 300 idmançı mübarizə aparıb. Böyük Britaniya, Danimarka və digər Avropa ölkələrinin də atletlərinin iştirak etdiyi bu yarışda Azərbaycanı Rahib Məmmədov təmsil edib. İdmançımız 60 metr sədlərlə qaçışda 8.01 nəticə göstərərək bürünc medal qazanıb.
Böyük Britaniya atleti qızıl, Litvanı təmsil edən atlet isə gümüş medala layiq görülüb.