Respublika Olimpiya Mərkəzi beynəlxalq turnirə ev sahibliyi edəcək

Respublika Olimpiya Mərkəzi beynəlxalq turnirə ev sahibliyi edəcək

Yanvarın 28-də Bakıdakı Respublika Olimpiya Mərkəzində Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika (tullanmalar) üzrə səkkizinci beynəlxalq turnir start götürəcək.

Olimpnews.az saytının məlumatına görə, yarışın proqramına əsasən, idmançılar uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmalar üzrə mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiya (Saxa Yakutiya) idmançıları yarışacaqlar. Memoriala yanvarın 30-da yekun vurulacaq.