Taekvondoçularımız Türkiyədən qələbə ilə qayıtdılar

Taekvondoçularımız Türkiyədən qələbə ilə qayıtdılar

ATF mətbuat xidmətindən olimpnews.az saytına verilən məlumata görə, Türkiyənin Konya şəhərində 23 ölkədən 290 idmançının iştirak etdiyi beynəlxalq Rumi Uşaq İdman Oyunları başa çatıb. Gənclik Spor Genel Müdürlüyü və Konya Valiliyinin dəstəyi ilə 21-22 aprel tarixlərində, müxtəlif idman növləri üzrə keçirilən turnir taekvondoçularımız ücün uğurla başa çatıb.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət komandamız bu yarışda 6 medal qazanıb. Yarışa 10 idmançl ilə yollanan komandamızın üzvlərindən Nicat Əsgərli (-57 kg) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər taekvondoçulardan Umud Məmmədov (-33 kg) gümüş medal, Əli Isazadə (-37 kg), Nərgiz Mirzəyeva (-33 kg), Şəms İsayeva (-47 kg), Cəvarət Dövlətova (-44 kg) isə bürünc medalla yarışı başa vürüblar.