8 saylı Olimpiya Idman Məktəbinin açıq birinciliyi keçirilib

8 saylı Olimpiya Idman Məktəbinin açıq birinciliyi keçirilib



Mart;n 12-də Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF), 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (IOEUGIM) və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəbin açıq birinciliyi keçirilib. Bakı Olimpiya Stadionunun ətrafında təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən digər klub və cəmiyyətlərdən də olmaqla, ümumilikdə 80 velosipedçi mübarizə aparıb.

Reqlamentə əsasən, 12 km məsafəyə yarışan qızların mübarizəsində 1-ci və 2-ci yerləri 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Viktoriya Buxenskaya isə 3-cü olub.

Yaşı 15-dək olan velosipedçi oglanlar 18 km məsafəyə yürüşdə mübarizə aparıblar. Bu yaş kateqoriyasında 1-ci və 2-ci yerə 8 saylı IOEUGIM-in yetirmələri Əhməd Əhmədov və Elmir Əliyev layiq görülüblər. Sumqayıt Velosiped İdmanı Klubunu təmsil edən Fərid Bəylərov ilk üçlüyü tamamlayıb.



U-17 və gənclər kateqoriyasında çıxış edən velosipedçilər isə 60 km məsafə qət ediblər. Gərgin mübarizə şəraitində keçən yürüşdə fəxri kürsünün ən yüksək pilləsində 8 saylı IOEUGIM-dən Xankişi İsgəndərov layiq görülüb. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü İvan Orlov 2-ci, "Atasport” klubunun nümayəndəsi Bəylər Ağayev isə 3-cü yerə layiq görülüb.
Gənclər arasında təşkil edilən yürüşdə isə yenə də 8 saylı IOEUGIM-in yetirmələri fərqləniblər. Nicat Oruczadə finiş xəttini hamıdan birinci keçərək yarışın qalibi olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə yürüşü 2-ci yerdə başa vurub. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Rövşən İsmayılov 3-cü yerdə qərar tutub.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.