Rio-2016: kayaqçımızdan bürünc medal

Rio-2016: kayaqçımızdan bürünc medal

Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya final yürüşünə çıxıb. Olimpnews.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çatıb.

Bununla da Osipenko-Radomskaya bürünc medala sahib olub. Yeni zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.